KTMT sammitində Ermənistan-Azərbaycan münasibətlərindəki problemin həlli müzakirə mövzusu olub. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Sammitdən sonra Peskov görüşdə Rusiya sülhməramlılarının mandatının uzadılması, eləcə də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi mövzusunun müzakirə olunub-olunmaması ilə bağlı jurnalistlərin sualına belə cavab verib: “Bu mövzuya tamamilə açıq və konstruktiv şəkildə toxunulub. Hələ ki, hər şeyi razılaşdırmaq mümkün deyil, müəyyən nüanslar var. Lakin bu mövzu gündəlikdədir. Biz Rusiya tərəfi olaraq bu nizamlamaya gətirib çıxaracaq bütün mümkün səyləri alqışlayırıq. Rusiya çox mühüm rol oynamağa davam edir. Və biz ölkələrin davamlı nizamlamaya nail olmaq üçün ehtiyacları olduğu qədər xidmət göstərməyə davam edəcəyik. Əlbəttə, KTMT-nin də xidmətlərinə tələb var”, - deyə o əlavə edib.*