Hazırda Azərbaycanda bankların 84%-i mobil əlavə tətbiq edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bəyan edib.
“Bu günə ölkədə bankların 84%-i mobil əlavə istifadə edir, bankların müştərilərinin əməliyyatlarının 77%-i elektron bankçılıq vasitəsilə həyata keçirilir (mobil və internet bankinqi). İnternet bankinqə gəlincə isə cari ilin 10 ayı ərzində əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 55%, mobil bankinq vasitədilə əməliyyatların sayı – 3 dəfə artıb. Bu, kifayət qədər yaxşı göstəricilərdir”, - Kazımov cümə axşamı VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.
O, həmçinin qeyd edib ki, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin payı 42%-i ötüb, bu da ötən ilin göstəricisindən 12 f. b. çoxdur.
“Ümumilikdə, ölkədaxili nağdsız əməliyyatların həcmi 2,2 dəfə artaraq 20 milyard manata yaxın təşkil edib”, - Kazımov vurğulayıb.
Kontaktsız ödənişlərə gəlincə isə AMB-nin sədri qeyd edib ki, ödənişlərin sayı 3 dəfə, həcmi – 2,1 dəfə artıb. **
X.Nəsirzadə