Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların yekununda Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəmir yolunun respublika ərazisindən keçməsində müsbət irəliləyişlərin olduğunu bildirib.
«Dünən Rusiya prezidenti ilə apardığımız müzakirələr zamanı biz müəyyən impulslar və ya informasiya əldə etmişik. Bu o deməkdir ki, dəmir yolunun bərpası işlərinə başlamaq üçün əhəmiyyətli və ciddi fürsət yarana bilər, söhbət Goradiz-Mehri-Ordubad-Sədərək-Yerasx yolundan gedir», - Paşinyan cümə axşamı hökumətin iclasında bildirib.
Bununla yanaşı, o qeyd edib ki, «əvvəlki təcrübəni nəzərə alaraq, hələlik təsdiq edilməni və konstatasiyanı gözləmək lazımdır». **