Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti (“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin strukturu) Qəbələ rayonunu kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Yengicə su anbarının tikintisinə 54 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən məlumat verir ki, tikinti işlərini «Suryapı AZ» MMC və «Sur Yapı Endüstri Sanayi və Ticarət Anonim şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi» birgə müəssisəsi icra edəcək.
İşlərin dəyəri 53 milyon 997,131 min manat həcmində qiymətləndirilir. **
B.Rüstəmbəyov