15 noyabr 2022-ci il tarixində Balaxanı qəsəbəsində yerləşən “LUKOIL” Cəmiyyətinin istifadəsinə verilən yeni tipli yanacaqdoldurma məntəqəsinin rəsmi açılışı olmuşdur.
Bu, şirkətin Azərbaycanda sayca 75-ci yanacaqdoldurma məntəqəsidir.
“LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən etibarən fəaliyyət göstərir.
Şirkət bir sıra layihələrdə pay sahibidir, o cümlədən Azərbaycanda neft məhsullarının pərakəndə satışı bazarında “LUKOIL” brendi altında YDM şəbəkəsi ilə təmsil olunur.