Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Andrey Sipilinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Əliyev digər sərəncamla Sipilini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edib.
Hər iki sərəncam dövlət başçısının saytında dərc olunub. **
R.Kərimov