Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 25-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 25-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7717 manat/1EUR səviyyəsində (noyabrın 24-nə 1.7759 manat/1EUR) müəyyən edilib.
AMB noyabrın 25-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.028 manat/1RUB səviyyəsində saxlayıb (24 noyabr - 0.0281 manat/1RUB).
Noyabrın 25-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0913 manat/1TRY səviyyəsində saxlanılıb.**
B.Rüstəmbəyov