Cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak məqsədilə Qazaxıstanın Aktau şəhərinə səfərə gedib.
“İnterfaks-Azərbaycan”a Xarici İşlər Nazirliyindən məlumat verilib ki, görüşün məqsədi qeyd olunan ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlığın inkişafına töhfə verməkdir.
Aktau görüşündə Gürcüstan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub.
Bu formatda birinci görüş 27 iyun 2022-ci il tarixində Bakı şəhərində keçirilib. **
R.Əhmədov