Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Ermənistan Zəngəzur dəhlizini bloklamağa qadir deyil.
“Son danışıqlar zamanı rusiyalı məmurlarla Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu dəhlizi bloklamağa qadirdir”, - Əliyev cümə günü “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat”mövzusunda beynəlxalq konfransda bildirib.
Prezident hesab edir ki, İran da Zəngəzur dəhlizinin istifadəyə verilməsinə əngəl olmayacaq. “İrana gəlincə, hesab edirəm ki, regional layihələrdə marağını nəzərə bunu (dəhlizi bloklamağı - İF) etməyəcək. Çünki bu layihələr heç kəsə qarşı yönəlməyib, əksinə bütün maraqlı tərəflər üçün səmərəlidir”. **
A.Əzizov