Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı Pakistanla ticarət-iqtisadi münasibətlərin inkişafının tərəfdarıdır.
“Son iki ay ərzində Pakistanın baş naziri Şahbaz Şərif ilə iki dəfə görüşmüşəm, biz ikitərəfli münasibətlərin gündəliyini geniş müzakirə etmişik”, - Əliyev cümə günü “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, həmin görüşlərdə ticarət-iqtisadi münasibətlərin intensivləşdirilməsi məsələləri müzakirə olunub. “Biz biri-birimizi hansı mallarla təmin edə biləcəyimizi düşünməliyik. Qardaş ölkədən keyfiyyətli düyü ala biləcəyimiz halda nə üçün başqalarından düyü alaq?”, - o qeyd edib.
“Ermənistan-Azərbaycan münasibətlərində daimi dəstəyinə görə Pakistana minnətdarıq. Həm işğal dövründə, həm müharibə dövründə, həm də ərazilər azad ediləndən sonra Pakistan hər zaman bizim yanımızda olub, bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən hər zaman yüksək qiymətləndirilir”, - Əliyev əlavə edib. **
B.Rüstəmbəyov