Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-nə planlaşdırılan görüş baş tutmayacaq.
“Bu görüş dekabrın 7-də Brüsseldə keçirilməli idi. Lakin dünən Hikmət Hacıyev (Azərbaycan prezidentinin köməkçisi - İF) mənə məlumat verdi ki, Şarl Mişelin (Aİ Şurasının prezidenti - İF) ofisindən onunla əlaqə saxlayıblar və məlumat veriblər ki, Ermənistanın baş naziri Nikol Paşinyan yalnız Fransa prezidenti Makronun həmin görüşdə iştirakı şərti ilə görüşə razılıq verib. Bu o deməkdir ki, görüş baş tutmayacaq”, - Əliyev cümə günü “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib. .**
A.Əzizov