Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsi tərəfindən Azərbaycan Ordusunun mövqelərinin yenidən atəşə tutulması barədə məlumat verib.
“Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub”, - nazirliyin məlumatında deyilir.
MN-dən qeyd olunur ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. **
B.Rüstəmbəyov