Kremldə bəyan ediblər ki, Rusiya Ermənistan-Azərbaycan münasibətlərini öz meydançasında normallaşdırmaq üçün hər cür səy göstərməyə hazırdır və bundan sonra da səy gəstərəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan prezidenti Ilham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə planlaşdırılan görüşdə Fransa prezidenti Emmanuel Makronun da iştirakı səbəbindən imtina etməsi ilə əlaqədar öz meydançasını təqdim etməyə hazır olub-olmaması ilə bağlı suala cavabında: «Rusiya nəinki hazırdır, həm də vəziyyətin həlli və sülh sazişinin imzalanmasında iki dövlətə kömək etmək üçün öz işinin davam etdirilməsini daima qeyd edir».
Yaxın gələcəkdə Rusiya meydançasında bu cür görüşün planlaşdırılıb-planlanmadığını dəqiqləşdirmək xahişinə, Kremlin nümayəndəsi bildirdi: «Yaxın perspektivdə - xeyr». **