Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarını irəli sürərək qeyri-adekvatlığını nümayiş etdirir.
“İşğal zamanı Ermənistanın əvvəlki prezidenti, müharibə canisi Serj Sarkisyana gənc qruplarla görüşlərinin birində Ermənistanın dırnaqarası tarixi əraziləri ilə bağlı sual verilmişdi. O demişdi ki, biz Qarabağı azad etdik və siz də Türkiyənin o hissəsini azad edəcəksiniz. Baxın, görün, nə dərəcədə qeyri-adekvat olmalısan ki, NATO-nun ikinci ordusuna malik, müstəqil xarici siyasət yürüdən və dünyada hər kəsin onun mövqeyi ilə hesablaşmalı olan ölkəyə qarşı ərazi iddiaları irəli sürəsən”, - Əliyev cümə günü “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bəyan edib.
Onun sözlərinə görə, “hətta Finlandiya və İsveç terrorçulara sığınacaq verilməsi ilə bağlı Türkiyənin legitim tələbləri ilə hesablaşmalıdır”.
“Bu kiçik, yoxsul, asılı, Rusiyadan asılı olan və ya hətta Rusiyanın qulu olan bir ölkə deyir ki, bir gün gələcək onlar Türkiyənin ərazisini işğal edəcəklər. Bu, zəhərli şüurdur”, - Əliyev əlavə edib. **
B.Rüstəmbəyov