“Təmiz Şəhər” ASC Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda istifadə olunan zibil konteynerlərin alınmasına və konveyerlərin əsaslı təmirinə330 min manatadək vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verib ki, 1100 litr həcmində 350 ədəd plastic zibil konteynerlərin alışına «Gravity LTD» MMC ilə müqavilə imzalayıb (dəyəri 146 min 358,94 manatdır).
«Construction Business Group» MMC konveyerlərin əsaslı təmirinə dair müqavilə imzalayıb. Müqavilənin dəyəri 180 min 23,75 manatdır. **
R.Kərimov