"Fitch Ratings" Beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yerli və xarici valyutada emitentinin uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, reytinq üzrə proqnoz “stabil”dən “müsbət”ə dəyişib.
“Reytinqin təsdiq edilməsi İKZF-nin Azərbaycan hökuməti ilə güclü əlaqəsinə (fondun reytinqinin ölkənin suveren reytinqinə bərabər olması) “Fitch”in dəyişməz baxışını və onun əlçatan mənzil ilə təminatında starteji əhəmiyyəti və kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə kömək hesabına işgüzar mühitin inkişafını əks etdirir”, - məlumatda qeyd edilir.
Reytinqlər üzrə proqnozun dəyişdirilməsi Azərbayanın suveren reytinqinin təkrar nəzərdən keçirilməsi ilə şərtlənir.
“Fitch” hökumətin Fonda dəstək göstərilmək qabiliyyətini və hazırlığını çox yüksək kimi dəyərləndirir.
Agentlik vurğualyır ki, Fond dövlət tərəfindən böyük dəstək almağa davam edir. “Sosial ipöotekanın maliyyələşdirilməsi məqsədilə Fond hər il dövlətdən kapital artımı əldə edir, 2021-2022-ci illərdə bu rəqəm 166 milyon manat təşkil edib”, - “Fitch” qeyd edib.
2023-cü ildə 100 milyon manata yaxın səviyyəsində dəstək nəzərdə tutulur, bu vəsaitin böyük hissəsi sosuial ipotekanın verilməsi üçün nəzərdə tutulur, buna, həmçinin içik və orta biznesə kreditlərin subsidiyalaşması məqsədilə maliyyələşməsi daxildir.
Fondun qiymətləndirmələrinə görə, Azərbaycanda ipoteka kreditləşməsində İKZF-nin payı 80%-ə yaxın təşkil edir.
Fitch vurğulayır ki, İKZF gəlirlilidir. 2021-ci ildə Fondun mənfəəti krdeit portfelinin 30% artımı hesabına bir il əvvəl 7,2 milyon manata qarşı 14 milyon manat təşkil edib. “İpoteka portfelinin keyfiyyəti stabil olaraq qalır, eyni zamanda problemli kreditlər ipoteka kreditlərinin ümumi həcmindən cəmi 0,1% təşkil edir”, - məlumatda bildirilir.
31 oktyabr 2022-ci il tarixinə Fondun pul vəsaiti 43,5 milyon manat həcmində qiymətləndirilir və təxminən AMB-nin nostro-hesablarında olub. Əlavə likvid aktivlərinə kommersiya banklarında 39 milyon manat məbləğində depozitlər və 92,2 milyon manat məbləğində dövlət istiqarzları daxildir.
Agentlik qeyd edir ki, Azərbaycanın suveren reytinqləri barəsində müsbət/mənfi hərəkət zamanı Fondun kredit reytinqini yüksəldə/azalda bilər.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. İKZF-nin bütün səhmləri dövlətə məxsusdur. **
A.Əzizov