Azərbaycanın İsraildə səfirlik, eləcə də Fələstində təmsilçilik ofisi açmaq qərarı milli maraqlara əsaslanır. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“İsraildə səfirlik, eləcə də Fələstində təmsilçilik ofisi açmaq qərarı bizim milli maraqlarımıza əsasən verilmiş bir qərardır, İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığı əks etdirir. Əminəm ki, həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir”, - Əliyev cümə günü “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın bu qərarına regionda heç də bütün ölkələri sevindirmir.
“Amma bizim məqsədimiz müəyyən stereotipləri olanları xoşbəxt etmək deyil. Məqsədimiz xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir və biz bunu edirik”, - Əliyev deyib. **
B.Rüstəmbəyov