Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2022-ci il ərzində Bakı və Ankara 10-dan artıq birgə hərbi təlim keçirib.
“"Biz başa düşürük ki, əgər ölkənin güclü silahlı qüvvələri yoxdursa, o, buna acınacaqlı şəkildə təəssüflənə bilər. Müdafiə infrastrukturuna sərmayə, birgə hərbi təlimlər - yeri gəlmişkən, bir il ərzində Türkiyə ilə həm Türkiyə, həm də Azərbaycanda ondan çox birgə hərbi təlim keçirdik”, - Əliyev cümə günü “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.
Əliyev vurğulayıb ki, Türkiyə ilə hərbi əməkdaşlıq regional təhlükəsizlik və sabitliyin vacib amildir və xarici qücləri Azərbaycan və Türkiyəyə qarşı hərbi təxribatların əl çəkməyə çağırıb.
“Azərbaycan və Türkiyəyə qarşı düşmən planları planlaşdıranların hamısı bilməlidir ki, Türkiyə ordusu yalnız Türkiyənin ordusu deyil, həm də bizimdir, və əksinə, bizim ordumuz Türkiyənin də ordusudur. Sərhədlərimizdə təxribat planlaşdıran, bizi qorxutmağa çalışanların hamısı bunu unutmamalıdır", - Əliyev vurğulayıb.
Azərbaycan lideri Türkiyə ilə hərtərəfli əməkdaşlığın gələcəkdə möhkəmlənəcəyinə əminlik ifadə edib.
“Bu cür tərəfdaşlıq, əməkdaşlıq və qardaşlıq səviyyəsini yüksək qiymətləndiririk. Biz tam əminik ki, gələcəkdə bütün sahələrdə əməkdaşlığımız yalnız möhkəmlənəcək. Bu, regional stabilliyin mühüm amildir. Çünki Türkiyə-Azərbaycan əməkdaşlığının məqsədi regional stabilliyin gücləndirilməsidir və bu amil hər kəs tərəfindən qəbul olunmalıdır”, - prezident bəyan edib. **
X.Nəsirzadə