Ukraynanın energetika naziri German Qaluşenko noyabrın 25-də Azərbaycanın energetika naziri Pərviz Şahbazovla telefon danışığı aparıb. Bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Tərəflər Ukraynanın enerji infrastrukturu obyektlərinə Rusiyanın kütləvi raket hücumlarını nəzərə alaraq əsas diqqəti ölkənin enerji sektorundakı vəziyyətə ayırıblar”, - deyə məlumatda qeyd olunur.
Qaluşenko vurğulayıb ki, noyabrın 23-də növbəti atəş nəticəsində Ukraynanın enerji sisteminə ziyan dəyib. Ziyanın miqyası kifayət qədər böyük olduğundan bərpa işləri üçün material və avadanlıqla təmin edən beynəlxalq tərəfdaşların köməyi çox vacibdir.
“Tərəflər Ukraynanın enerji sektoruna kömək etmək üçün əməkdaşlıq, xüsusilə elektrotexniki avadanlıqların tədarükü ilə bağlı razılığa gəliblər”, - deyə məlumatda bildirilir.*
N.Abbasova