Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
“Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb”, - deyə Kremlin mətbuat xidmətindən bildirilib.*