Azərbaycanda koronavirus infeksiyasına 25 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 193-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 41 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma sayı 39%-dək azalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 976 nəfər təşkil edir.
Virusa yoluxmuş 813 min 942 nəfər (sutka ərzində +33) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 275 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 15 (ötən gün 1 min 802 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 369 min 434 test aparılıb.*
R.Kərimov