Türkiyə və Türkmənistan xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Rəşid Meredov noyabrın sonunda Türkiyədə Türkmənistan-Türkiyə-Azərbaycan liderlərinin zirvə toplantısına hazırlığı müzakirə edəcəklər. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, R.Meredov M.Çavuşoğlunun dəvəti ilə 27-28 noyabr tarixlərində Türkiyədə səfərdə olacaq.
“Səfər zamanı ikitərəfli və regional məsələlər, eləcə də Türkiyə, Azərbaycan və Türkmənistan dövlət başçılarının zirvə toplantısına hazırlıq müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.
Zirvə toplantısı dekabrın əvvəlində Aşqabadda keçiriləcək.*
R.Kərimov