Azərbaycanda koronavirus infeksiyasına 39 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 232-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 25 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma sayı 56% artıb.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 1 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 9 min 976 nəfər təşkil edir.
Virusa yoluxmuş 813 min 976 nəfər (sutka ərzində +34) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 280 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 337 (ötən gün 2 min 15 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 370 min 771 test aparılıb.*
R.Kərimov