Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Cənubi Qafqazda vəziyyətin müsbət məcrada inkişafına ümidvar olduğunu deyib.
“Hazırda Qafqaz bölgəsindəki tendensiyalar ehtiyatlı nikbinlik yaradır”, - deyə o, bu gün ONT telekanalına müsahibəsində bildirib.
Zas qeyd edib ki, region dövlətləri sülh sazişinin imzalanmasını, mövcud sərhədlərin hüquqi təsbit edilməsini və nəqliyyat əlaqələrinin açılmasını hədəfləyib.
O əlavə edib ki, atışmaların “demək olar ki hər gün baş verdiyi” Ermənistan və Azərbaycan sərhədində vəziyyət mürəkkəb olaraq qalır.
“KTMT-nin Ermənistana yardım qismində təklif etdiyi müxtəlif tədbirlər kompleksi bütün dövlətlər tərəfindən dəstəklənib”, - deyə baş katib qeyd edib.*