Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 28-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 28-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7608 manat/1EUR səviyyəsində (noyabrın 25-nə 1.7717 manat/1EUR) müəyyən edilib.
AMB noyabrın 28-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.028 manat/1RUB səviyyəsində saxlayıb.
Noyabrın 28-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0913 manat/1TRY səviyyəsində saxlanılıb.**
B.Rüstəmbəyov