"Hydraulic Mechanisms Company» MMC nizamnamə kapitalının 5 milyon 880 min 593,69 manatadək artımı barədə elan edib.
Açıq mənbələrdən məlumata əsasən, öncə cəmiyyətin nizamnamə kapitalı 5 milyon 425 min 750,8 manat təşkil edib. Beləliklə, şirkət nizamnamə kapitalını 8,4% artırıb.
MMC öz elanında kapitalın hansı mənbələr hesabına artırıldğını qeyd etmir.
"Hydraulic Mechanisms Company» 2016-cı ilin dekabr ayında Azərbaycanın vergi orqanlarında qeydiyyatdan keçib. **
R.Əhmədov