Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş (noyabrın 7-də - İF) ətrafında fikir mübadiləsi aparıldı”, - məlumatda qeyd olunur.
Əliyev ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirdi. **
X.Nəsirzadə