Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev barəsində müstəntiqin vəsatətinə baxıb.
Yerli KİV-in məlumatına əsasən, məhkəmənin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat (cari məzənnə ilə təxminən $85 milyon) dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
Daha əvvəl yayılmış məlumatlara əsasən, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. **
R.Əhmədov