2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan kartof ixracını 15%, idxalını isə 13% azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan $35 milyon 85,75 min dəyərində (azalma 12%) 78,215 min ton kartof (azalma 14,8%) ixrac edib.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Yanvar-sentyabr aylarında bu ölkəyə $33 milyon 410,75 min dəyərində (azalma 12,8%) 73,591 min ton kartof (azalma 13,4%) ixrac edilib. Hesabat dövründə Azərbaycandan kartof ixracının 94%-i RF-nin payına düşüb.
Bu dövrdə Azərbaycana $28,304 milyon dəyərində (azalma 9,2%) 107,962 min ton kartof (azalma 13,1%) idxal edilib. Azərbaycana kartofun əsas tədarükçüsü İran olub. Bu ölkədən $8 milyon 932 min dəyərində 37,128 min ton, Türkiyədən $7 milyon 679 min dəyərində 30,62 min ton, Pakistandan $7 milyon 366 min dəyərində 24,555 min ton kartof idxal edilib.
2021-ci ildə Azərbaycan $40 milyon 777,41 min dəyərində 92,343 min ton kartof ixrac edib.**
B.Rüstəmbəyov