Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu məlumat verib ki, Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli sammit çərçivəsində 5 sənədin imzalanması planlaşdırılır.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, bazar ertəsi Çavuşoğlu bazar ertəsi keçirilən mətbuat konfransında bəyan edib ki, hazırda üç ölkə sammitə hazırlıq işləri üzərində işləyir.
Çavuşoğlu əlavə edib ki, sammit ərəfəsində Azərbaycan, Türkiyə və Türkmənistanın XİN və energetika nazirlərinin görüşü baş tutacaq.
Azərbaycan-Türkiyə-Türkmənistan sammitinin dekabrın əvvəlində Aşqabadda keçirilməsi gözlənilir. **
R.Əhmədov