Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməninvə komitənin strukturunun təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi ləğv edilir.
Onun əvəzinə DGK-nn strukturunda Naxçıvan Baş Gömrük İdarəsi fəaliyyət göstərəcək.
Bundan əlavə, Dövlət Gömrük Komitəsi Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Daha əvvəl yayılmış məlumatlara əsasən, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. **
X.Nəsirzadə