2023-cü ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” yatağından qaz hasilatı 25,4 milyard kubmetr səviyyəsoiində proqnozlaşdırılır, bu da 2022-ci ilin yekunları üzrə gözlənilən göstəricidən 5,8% çoxdur.
Hesablama Palatasının ARDNF-nin 2023-cü il üçün büdcə layihəsi üzrə “İnterfaks-Azərbaycan”ın əldə etdiyi rəyində qeyd edilir ki. 2022-ci ilin yekunları üzrə “Şahdəniz”dən hasilatın həcmi 24 milyard kubmetr səviyyəsində gözlənilir (2021-ci ilin göatəricisindən +6,1%).
2023-cü ildə “Şahdəniz”dən kondensat hasilattı 36,4 milyon barel səviyyəsində proqnozlaşdırılır (2022-ci ilin yelunları üzrə 33,8 milyon barelə qarşı). Beləliklə, artım 7,7% təşkil edəcək.
“BP-Azerbaijan” şirkəti 2022-ci ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 18 milyard kubmetr qaz hasil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 12,5% çoxdur. Cari ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından təxminən 27 milyon barel kondensat (3 milyon tondan çox) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,5% çoxdur.
Xəbər verildiyi kimi, 2021-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 22,62 milyard kubmetr qaz və 34,08 milyon barel kondensat hasil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator, 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.**
A.Əzizov