Azərbaycanda koronavirus infeksiyasına 13 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 245-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 39 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 976 nəfər təşkil edir.
Virusa yoluxmuş 813 min 996 nəfər (sutka ərzində +20) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 273 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 652 (ötən gün 1 min 337 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 371 min 423 test aparılıb.**
X.Nəsirzadə