Dekabrın 8-də Bakıda “Azərbaycan Turizm Sammiti 2022” tədbiri keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” Dövlət Turizm Agentliyinə istinadən məlumat verir.
“Sammitdə turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə olunacaq. Tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılacaq”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə