İrəvan noyabrın 7-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü zamanı təqdim olunan sülh sazişi üzrə təkliflərinə Bakıdan cavab alıb.
"Biz Azərbaycana sülh sazişi ilə bağlı təkliflərimizi göndərdik və yalnız dünən cavab aldıq. Beləliklə, müzakirələr davam edir", - Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan “Armenpress” informasiya agentliyinə müsahibəsində bildirib.
O, «ən qısa zamanda» sülh sazişinə dair məsələdə razılığın əldə olunacağına ümidvar olduğunu bildirdi. **