Bazar ertəsi Bakı12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbi qulluqçularına aid daha 13 meyiti İrəvana təhvil verib. Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.
“Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində aşkar olunmuş Ermənistan hərbçilərinə məxsus 13 cəsəd cari ilin noyabrın 28-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, sentyabrın 20-də Azərbaycan Ermənistanın 95 hərbçisinin meyitini, sentyabrın 17-də - 32 meyiti, 23 sentyabr – 6 meyiti qarşı tərəfə təhvil verib.
Beləliklə, Azərbaycan 146 erməni hərbçinin meyitini Ermənistana təhvil verib.
Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribatlar törədilib, Azərbacan Ordusunun mövqeləri intensiv atəşə məruz qaıb. Azərbaycan-Ermənistan sərhədində döyüşlər sentyabrın 14-də axşam saatlarında dayandırlıb. Döyüşlərdə Azərbaycan tərəfindən 80 hərbçi şəhid olub. İrəvan 207 hərbçinin öldüyünü və itkin düşdüyünü bəyan edir. **
R.Əhmədov