"İnterfaks-Azərbaycan» agentliyi Tatarıstan Sənaye və Ticarət Nazirliyinə istinadən məlumat verir ki, Tatarıstanın nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.
Görüşlərdə və danışıqlarda Tatarstanın bir sıra nazirləri, o cümlədən baş nazirin müavini, TR Sənaye və Ticarət Nazirliyinin rəhbəri Oleq Korobçenko, respublikanın 45 müəssisəsinin rəhbərləri iştirak edirlər.
“Hazırki iqtisadi və siyasi vəziyyətdə ənənəvi tərəfdaşlarla, xüsusilə Azərbaycanla kooperasiyanın genişlənməsi respublikanın xarici iqtisadi fəaliyyətinin prioritet istiqamətidir”, - Korobçenko Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev ilə görüş zamanı bildirib.
2021-ci ildə Azərbaycanın Tatarıstanla xarici ticarət dövriyyəsi $70 milyonu ötüb. Korobçenko qeyd edib ki, cari ilin birinci yarısı ərzində bu rəqəm $60 milyona yaxın qiymətləndirilir və artmaqda davam edəcək.
Tatarıstan və Azərbaycan bir neçə birgə layihə reallaşdırır, misal üçün Gəncə Avromobil Zavodunda “KAMAZ” avtomobilləri yığır.
Öz növbəsində, Abdullayev respublikalar arasında əməkdaşlığının gələcək inkişafında böyük potensialı qeyd edib və səmərəli qarşılıqlı fəaliyyətə ümidvar olduğunu bildirib.
Bundan əlavə, Tatarıstan Respublikası baş nazirinin müavini Tatarıstan Ticarət və Sənaye Palatası ilə birgə Azərbaycan bazarına çıxmaqda maraqlı olan Tatarıstan müəssisələri üçün sual-cavab formatında plenar sessiya təşkil edib.
Korobçenko nümayəndə heyətinin üzvləri ilə Sumqayıt Sənaye Parkında olub. Sənaye Parkında 32 rezident var, 19 müəssisə fəaliyyət göstərir. Xüsusilə, nümayəndə heyəti SOCAR-STR burgə müəssisənin fəaliyyəti ilə tanış olublar.
Görüşlərin yekunları üzrə əməkdaşlıq və Azərbaycanın nümayəndə heyətinin Tatarıstana cavab işgüzar səfərinə dair razılıq əldə olunub.
Tatarıstan nümayəndə heyətinin Azərbacana səfəri noyabrın 29-da davam edəcək. **
R.Əhmədov