Tatarıstan prezidenti Rüstəm Minnixanov bazar ertəsi Azərbaycana işgüzar səfərə gəlib.
“İnterfaks-Azərbaycan” Tatarıstan prezidentinin saytına istinadən məlumat verib ki, Bakıda olduğu müddətdə (28-29 noyabr 2022-ci il) Minnixanov Azərbaycan Respublikasının tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşəcək, Azərbaycanda tatarların tarixinə və Tatarıstan-Azərbaycan əlaqələrinə həsr olunan sərgini ziyarət edəcək.
Minnixanovun səfər proqramında Azərbaycan hökumətinin nümayəndələri ilə işgüzar görüşlər planlaşdırılıb. **
R.Əhmədov