SOCAR şirkətinin prezidenti Rövşən Nəcəf bazar ertəsi Gürcüstan Neft və Qaz Korporasiyasının (GOGC) baş direktoru Corci Çikovani ilə görüşüb. tərəflər əməkdaşlıq məsələlərini müzakirə ediblər.
SOCAR-dan bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyatın bütün sahələrində, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanıb, birgə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən bəhs edilib.
“Tərəflər arasında, həmçinin qazın nəqli, saxlama infrastrukturunun genişləndirilməsi və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb”, – məlumatda vurğulanır. **
R.Əhmədov