Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Münhen Təhlükəsizlik Konfransının sədri, Almaniya kansleri Angela Merkelin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri olmuş Kristof Hoysgenlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
“Cənubi Qafqazdakı cari vəziyyəti, eləcə də davamlı sülhə nail olmaq imkanlarını müzakirə etdik”, - deyə səfir “Twitter”də yazıb.*
R.Kərimov