Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
Öz növbəsində, Tatarıstan Prezidentinin saytında verilən məlumata görə, Minnixanov görüşdə xatırladıb ki, iki respublika arasında ticari-iqtisadi, elmi-texniki və mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş mövcuddur. Bundan başqa, hökumətlərarası komissiya yaradılıb. “Biz Volqa-Xəzər hövzəsinin nəqliyyat və logistika imkanlarından daha fəal istifadə etməliyik”, - deyə o bildirib.
Minnixanov energetika və sənaye, avtomobil istehsalı, neft-kimya, qaz-mühərrik yanacağı kimi perspektivli istiqamətləri qeyd edib.
O, həmçinin Əliyevə RF prezidentinin tapşırığı ilə “Rusiya - İslam dünyası” Strateji Baxış Qrupuna rəhbərlik etdiyi barədə məlumat verib və Azərbaycan nümayəndəsini Qrupun işində iştiraka dəvət edib.
Tatarıstan Prezidenti Azərbaycan nümayəndə heyətini “Rusiya - İslam Dünyası: KazaSummit” beynəlxalq iqtisadi sammitində iştiraka dəvət edib.
“Respublikalarımız arasında Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə yönəlmiş əlaqələrin inkişafına göstərilən diqqətə görə Sizə minnətdarlığımı bildirirəm”, - deyə Minnixanov vurğulayıb.
Əliyev, öz növbəsində, Tatarıstan nümayəndə heyətinə Azərbaycana səfəri çərçivəsində yaxşı və məhsuldar iş arzulayıb.
2021-ci ilin yekunları üzrə iki respublika arasında ticarət dövriyyəsi $70 milyonu ötüb. 2022-ci ilin I yarısı ərzində iki dəfədən çox artım ($60 milyon) müşahidə olunur.*
R.Əhmədov