Azərbaycan 2022-ci ilin yanvar-sentyabr aylarında Qazaxıstandan 160,23 min ton buğda idxal edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 8,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Qazaxıstandan $54 milyon 523,66 min dəyərində buğda (artım 12 dəfə) alınıb. Qazaxıstan buğdasının bir tonu Azərbaycana 340,3 ABŞ dollarına başa gəlib.
Hesabat dövründə Rusiyadan buğda alışı 12,9% - 581,25 min tonadək azalıb. Yanvar-sentyabr aylarında Rusiya Azərbaycana $190,99 min dəyərində buğda tədarük edib ki, bu da ötən ilin 9 ayının göstəricisindən 17% çoxdur. Beləliklə, bir ton Rusiya buğdası Azərbaycana 354,7 ABŞ dollarına başa gəlib.
Azərbaycana buğda idxalının 78,4%-i Rusiyanın, 21,6%-i Qazaxıstanın payına düşüb.
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 740 min tondan çox buğda idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 7,9% çoxdur.
Azərbaycan 2021-ci ildə $331,919 milyon dəyərində 1 milyon 148,06 min ton buğda idxal edib. Ötən il Azərbaycana buğdanın əsas tədarükçüsü Rusiya olub. Bu ölkədən $315,191 milyon dəyərində 1 milyon 94,236 min ton buğda idxal edilib. 2021-ci ildə Azərbaycana buğda idxalının 95,3%-i Rusiyanın payına düşüb.
2021-ci ildə Azərbaycana buğdanın digər tədarükçüsü Qazaxıstan ($15 milyon 850,6 min dəyərində 52,746 min ton) olub.*
B.Rüstəmbəyov