2022-ci ilin yanvar-oktyabr aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 24,4% - 11 milyard 500 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Oktyabrda əhalinin bank əmanətləri 274,3 milyon manat (sentyabrda +367,3 milyon manat) artıb.
10 ay ərzində əhalinin xarici valyutada bank əmanətləri 17,2% - 4 milyard 441,3 milyon manatadək və ya bütün əmanətlərin 38,6%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). Oktyabrda əhalinin xarici valyutada bank əmanətləri 39,3 milyon manat artıb (sentyabrda +91,8 milyon manat).
Yanvar-oktyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 29,5% - 7 milyard 58,7 milyon manatadək (bütün əmanətlərin 61,4%-i) artıb. Oktyabr ayında milli valyutada əmanətlərin həcmi 235 milyon manat artıb (sentyabrda +275,6 milyon manat).
Rezidentlərin bank əmanətlərinin həcmi 10 milyard 468,5 milyon manat, qeyri-rezidentlərin – 1 milyard 31,5 milyon manat təşkil edir. Yanvar-oktyabr aylarında rezidentlərin əmanətlərinin həcmi 17,1%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 3,4 dəfə artıb. Oktyabr ayında rezidentlərin əmanətlərinin həcmi 197,1 milyon manat (sentyabrda +289,4 milyon manat), qeyri-rezidentlərin əmanətlərinin həcmi 77,2 milyon manat (sentyabrda +77,9 milyon manat) artıb.
2022-ci il oktyabrın 31-nə banklarda əmanət və depozitlərin həcmi 34 milyard 806,3 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 19,9% çoxdur. Oktyabrda banklarda əmanət və depozitlərin həcmi 849,3 milyon manat artıb (sentyabrda artım 1 milyard 230,9 milyon manat təşkil edib).*
X.Nəsirzadə