Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
Nazirliyin məlumatına əsasən, Polşada Bayramov həmçinin ikitərəfli görüşlər keçirəcək.
ATƏT Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası Polşanın Lodz şəhərində keçiriləcək. **
R.Kərimov