“BCC Group” QSC nizamnamə kapitalının 41 milyon 20 min manatadək artırılması barədə elan edib.
Açıq mənbələrdən əldə olunan məlumata əsasən, cəmiyyətin nizamnamə kapitalı öncə 6 milyon 20 min manat olub. Beləliklə, şirkət nizamnamə kapitalını 6,8 dəfə artırıb.
Həmçinin, “BCC Group” öz elanında kapitalın hamsı mənbələrdən artırıldğını qeyd etmir.
“BCC Group” energetika, neft-qaz, neft-kimya və digər sahələr üçün infrastrukturun layihələndirilməsi, tikintisi, idarə edilməsi və xidməti üzrə EPG-podratçıdır.
Şirkət 1997-ci ildən etibarən tikinti biznesi, həllərin optimallaşdırılması, Azərbaycanda və regionda müştərilərinə kompleks və əlavə xidmətlərin göstərilməsi ilə məşğul olur.
“BCC Group” 2003-cü ilin avqust ayında vergi orqanlarında qeydiyyatdan keçib. **
B.Rüstəmbəyov