2022-ci ilin yanvar-noyabr aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $229,7 milyon məbləğində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, yanvar ayında bu göstərici $9 milyon, fevralda $17 milyon, martda $24,3 milyon, apreldə $29,2 milyon, mayda $27,4 milyon, iyunda $20 milyon, iyulda $17,4 milyon, avqustda $20,9 milyon, sentyabrda $24,7 milyon, oktyabrda $19,7 milyon, noyabrda $20,1 milyon təşkil edib.
2021-ci ilin yanvar-noyabr aylarında bu göstərici $214,7 milyon təşkil edib. Beləliklə, 2022-ci ilin müvafiq dövründə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixracın həcmi 7% artıb.
Xəbər verildiyi kimi, 2021-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $235,1 milyon məbləğində ixrac (2020-ci illə müqayisədə artım 28,6%) həyata keçirilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.**
X.Nəsirzadə