“AccessBank” QSC Naxçıvan şəhərində filial açıb.
“AccessBank” filial şəbəkəsini genişləndirməkdə davam edir. Bank sayca 30-cu filialını Naxçıvan şəhərində açıb. Yeni filial şəhərin mərkəzində - Gənclər şəhərciyində, Əziz Əliyev 17 küçəsində yerləşir”, - bankın məlumatında deyilir.
Yeni filialda müştərilərə bank xidmətlərinin bütün spektri təklif olunur.
”Azərbaycanda biznes mühitinin, xüsusilə də MKOB-ların inkişafı bizim üçün priotet məsələlərdir. Naxçıvan kimi böyük potensiala malik regionun biznes mühitinin inkişafı, istər pərakəndə, istərsə də mikro-aqro sahədə yeni imkanların yaradılması əsas missiyamızdır”, - “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların ilk onluğunda yer alır. Nizamnamə kapitalı 270 milyon 106,909 min manatdır. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.**
R.Əhmədov