RF XİN başçısı Sergey Lavrov gələn həftə Moskvada Azərbaycan və Türkmənistanın xarici işlər nazirləri ilə danışıqlar keçirəcək. Bu barədə RF XİN-in rəsmisi Mariya Zaxarova məlumat verib.
“Dekabrın 5-də Rusiyanın xarici işlər naziri RF-yə işgüzar səfər edəcək Azərbaycan Respublikasının xarici işlər nazirini qəbul edəcək”, - o, brifinq zamanı bildirib.
Zaxarova qeyd edib ki, iki ölkənin XİN başçıları Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı məqsədilə kompleks məsələləri nəzərdən keçirəcəklər. Bundan əlavə, Zaxarova bildirib ki, bir sıra aktual regional və beynəlxalq süjetlərin əətraflı müzakirəsi planlaşdırılır. Onun sözlərinə görə, yüksək səviyyədə üçtərəfli razılaşmaların (RF-Ermənistan-Azərbaycan) reallaşdırılmasının müzakirəsinə xüsusi diqqət ayrılacaq. **