Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, 10 noyanr 2020-ci il tarixli üçtərəfli bəyanat və digər razılaşmalar çərçivəsində üzərinə görürdüyü öhdəliklərini yerinə yetirmir.
“Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərinə və təkliflərinə baxmayaraq, Ermənistan 2020-ci il Üçtərəfli Bəyanatdan və Azərbaycan-Ermənistan liderləri arasında digər razılıqlardan irəli gələn öhdəliklərini yerinə yetirmir, normallaşma prosesinə və bölgədə davamlı sülhün bərqərar olmasına maneçilik törədir”, - XİN Bayramovun Varşava şəhərində Azərbaycanşünaslıq üzrə I Avropa Konfransı çərçivəsində “Bölgədə yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının və davamlı sülhün perspektivləri” mövzusunda tədbirdə çıxışından sitat gətirir.
Nazir 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatın 9-cu bəndi çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirməsinin vacib olduğunu, bölgədə bütün nəqliyyat və kommunikasiyaların açılmasının inkişafa mühüm töhfə olacağını qeyd edib. **
İnformasiya şöbəsi