Azərbaycan Respublikası Nazirlər Kabineti bir sıra sənədləri təsdiqləyib.
Xüsusilə, "Goranboy şəhərinin 2039-cu ilədək inkişafına dair Baş planı”, Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsi və “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsinin Nizamnaməsi” təsdiq edilib. Agentliyin nizamnamə fondu 872 min 851,94 manat təşkil edəcək.
Sənədlər Nazirlər Kabinetinin saytında dərc olunub. **
İnformasiya şöbəsi